Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA

“Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.
Bunu Musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.
Fizzə Zeynalova prokurorluqda bir neçə dəfə olduqlarını deyib. Bildirib ki, onlara müxtəlif versiyalar üzərində araşdırmalar aparıldığını və ipuclarının olduğu deyilib.
Mərhumun anası səsləndirilən iddialarla bağlı fikirlərini növbəti dəfə bölüşüb:
“Əvvəl avtomobil qəzası dedilər. Sonra intihar versiyasını söylədilər. Hüquq-mühafizə orqanları deyir ki, onlar hər bir variantın üzərində işləməlidirlər. Amma bu hadisənin intihar olması mümkün deyil. Elgünü tanıyan, onun ətrafında olan hər kəs bunu bilir. Həyat dolu bir insan idi. Bu versiya yoxdur. Maşın vurma versiyası və döyülmə versiyasını da istintaqın nəticəsində biləcəyik”.
Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.



Digər xəbərlər

Nəfəsdən ŞƏHİDLƏRƏ QARŞI təhqiramiz çıxış

Laçında İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş başlayıb

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar FOTOLAR

Qazaxıstan XİN Azərbaycanın Müstəqillik Gününü təbrik edib

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib
