Prezidentlərin SEYRƏNGAH SƏFASI

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda olublar.
Manset.az xəbər verir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verilib.
Bildirilib ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.
Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.



Digər xəbərlər
jpeg-1748443264.jpeg)
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
jpg-1748443194.jpg)
Hakan Fidanın növbəti səfəri MARAQ YARATDI

Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə HANSI sözləri söylədi

Hakan Fidandan ÇILĞIN ÇIXIŞ
jpg-1748442648.jpg)
Ərdoğan və İlham Əliyev bir daha səhnədə: “Bir millət, iki dövlət” deyib dünyaya mesaj verdilər!
