Məşhur müğənni xəstəxanaya yerləşdirilib

Türkiyənin məşhur sənətçisi Nazan Öncel xəstəxanaya yerləşdirilib.
Sənətçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Müğənninin ürəyinə stent taxıldığı bildirilir.
Uzun müddətdir səhhətində problemlər yaşayan Nazan Öncel bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Konsert fəaliyyətini davam etdirən ifaçı anjioqramma olunduğunu və ürəyinə iki stent taxıldığını açıqlayıb.
Öncel paylaşımında belə yazıb:
"Hər şey ürək döyüntüsü ilə başladı. Anjioqrammadan sonra işıq topu kimi işıqlı iki stent taxdıq; deyək ki, yaxşıyıq, yaxşı olaq. Belə çıxır ki, orqanizmi bir az da sevincə alışdırmaq lazımdır. Zəng edən, soruşan, səmimi qəlbdən xoş arzularını çatdıran hər kəsə təşəkkür edirəm. Hər zaman var olun."
Qeyd edək ki, müğənninin hazırda vəziyyətinin sabit olduğu bildirilir.



Digər xəbərlər

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub
jpg-1747916945.jpg)
Rusiya vətəndaşı Bakıya gələrkən təyyarədə ölüb

Sumqayıtda zavodda baş verən partlayışla bağlı RƏSMİ MƏLUMAT
jpg-1747657784.jpg)
Ata və oğlu yanmış maşında ölü tapıldı- Dəhşətli faciə

Muğam Mərkəzində canlı yayım zamanı partlayış – Musiqiçilərin soyuqqanlı davranışları GÜNDƏM OLDU
