Moldova Prezidenti İlham Əliyevi təbrik edib

15:45 / 28.05.2025 Oxunub: 74

Moldova Prezidenti Maya Sandu azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Sizi Avropa Siyasi Birliyinin Tiranada keçirilən Zirvə toplantısı zamanı görməkdən çox məmnun oldum.

Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və mən ikitərəfli dialoqumuzun möhkəmləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirəm.

Əminəm ki, birgə səylərimizlə biz vətəndaşlarımızın qarşılıqlı rifahı naminə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi əsas sahələrdə əməkdaşlığımızın bütün potensialını üzə çıxarmağa davam edə bilərik.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".



Digər xəbərlər

Xəbər lenti

28 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ