Yer kürəsinə növbəti maqnit qasırğası yaxınlaşır: Nə baş verəcək?
jpg-1748442083.jpg)
Yer kürəsinə yenidən maqnit qasırğası yaxınlaşır.
KANAL 20 TV-nin KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından məlumat verilib.
Alimlərin bildirdiyinə görə, geomaqnit dalğalanmaları iyunun 1-də səhər saatlarından başlayacaq.
Bu qasırğanın gücü G1 sinfinə bərabər olacaq. Lakin zəif gücünə baxmayaraq, qasırğa meteohəssas insanlarda zəiflik, təzyiq dəyişiklikləri və başağrılarına səbəb ola bilər.
Proqnozlara görə, zəif maqnit qasırğası başa çatdıqdan sonra iyunun 2-dən 6-na kimi geomaqnit indeksi daha beş gün gərgin qalacaq.
Xatırladaq ki, daha əvvəl elan edilən geomaqnit qasırğasının mayın 28-də səhər saatlarından başlayaraq günortaya qədər davam edəcəyi proqnozlaşdırılır. Axşama doğru maqnitosferin vəziyyəti normallaşacaq.



Digər xəbərlər

Laçında bu şəxslər 1000 manata yaxın maaş alır

"Əla təklif": Follikul qarşılığında 700 manat

Azərbaycanın Müstəqillik Günü münasibətilə Domodedovo hava limanında xüsusi proyeksiya edilib

Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
