Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır
jpg-1752132597.jpg)
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) dost və qardaş Azərbaycan ilə əməkdaşlığın hərtərəfli genişləndirilməsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ŞKTC Prezidenti Ersin Tatar Lefkoşada Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov ilə görüşündə bildirib.
Görüşdə, həmçinin Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu və Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Nadir İsmayılov iştirak ediblər.
Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən turizm və təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ersin Tatar qeyd edib ki, Lefkoşa Bakı və Ankara ilə “Bir millət, üç dövlət” ideyası əsasında əlaqələri inkişaf etdirir. O vurğulayıb: “Şimali Kiprə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə ürəkdən minnətdaram”.



Digər xəbərlər

Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması məqsədilə vəsait ayrılıb - SƏRƏNCAM

Azərbaycan Prezidenti Mərakeş Kralını təbrik edib

Prezident süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişikliyi təsdiqləyib

Nazir: "Azərbaycan və Serbiya tezliklə Niş yaxınlığında qaz elektrik stansiyasının tikintisi ilə bağlı memorandum imzalayacaqlar"

İsrailin yeni səfiri bu gün Bakıya gələcək

Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Xəbər lenti
Ən çox oxunan
