Media: Tramp İrana yeni ultimatum verib
 

10:55 / 22.04.2026 Oxunub: 150

 

ABŞ Prezidenti Donald Tramp İrana düşünmək üçün daha bir neçə gün vaxt verməyə hazırdır, əks təqdirdə uzatdığı atəşkəsi ləğv edəcək.

AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.

“Tramp iranlılara fikirlərini toplamaq üçün daha üç-beş günlük atəşkəsə hazırdır. Bu, sonsuzluğa qədər davam etməyəcək”, - deyə nəşrin həmsöhbəti bildirib.

Mənbələrin fikrincə, Ağ Ev İranla müharibəyə son qoymaq üçün razılaşma əldə edilə biləcəyinə hələ də inanır. Lakin Tramp administrasiyası ehtiyatlanır ki, Tehranda daxili fikir ayrılıqları səbəbindən heç kimin ABŞ ilə sülh danışıqları aparmaq səlahiyyəti qalmasın.

Bundan əvvəl Tramp İranla atəşkəsi uzatmaq qərarına gəldiyini açıqlayıb və deyib ki, bu xahişlə ona Pakistanın Baş naziri Şahbaz Şərif müraciət edib.



Digər xəbərlər

Xəbər lenti

21 Aprel 2026
19 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə