Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir
Ankara Vaşinqton və Tehran arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi müsbət qiymətləndirir və prosesin konkret nəticələrlə yekunlaşacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə Banqladeşdə keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, İran və ABŞ arasında mümkün qarşıdurma təkcə regiona deyil, bütün dünyaya mənfi təsir göstərə bilər. O qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin tam bərpası və sabitliyin təmin olunması qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından mühüm əhəmiyyət daşıyır.
Hakan Fidan Türkiyənin Körfəz bölgəsində vəziyyətin nizamlanmasına dəstək məqsədilə diplomatik səylərini artırdığını, həmçinin region ölkələri ilə fəal məsləhətləşmələr apardığını vurğulayıb.
Atəşkəs rejiminin vaxtaşırı pozulmasından narahatlığını ifadə edən nazir tərəfləri diplomatik prosesə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırıb və beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması istiqamətində vahid mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib. Hakan Fidan, həmçinin İsrailin işğalına və Livana hücumlarına tamamilə son qoymağın vacib olduğunu vurğulayıb.


Digər xəbərlər
Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı
Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR
Tədqiqat: Yenidoğulmuşlar arasında qəfil çökmə hallarının əksəriyyətinin qarşısı alına bilər
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
Xəbər lenti
Ən çox oxunan