Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-26°, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 14-18°, gündüz 24-29° isti olacaq.


Digər xəbərlər
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR
Tədqiqat: Yenidoğulmuşlar arasında qəfil çökmə hallarının əksəriyyətinin qarşısı alına bilər
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
Türkiyədə FETÖ ilə əlaqədə olan şəxslərin saxlanılması əməliyyatı keçirilir
Prezident: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur
Xəbər lenti
Ən çox oxunan
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR