Rəcəb Tayyib Ərdoğan: Xalqımız 15 iyulda nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı
Türk siyasi tarixinin ən amansız çevriliş cəhdlərindən biri bundan düz 10 il əvvəl – 2016-cı ilin iyulun 15-də baş verdi. Ölkəmizin qurumlarına gizlicə sızmış bir terror şəbəkəsi tərəfindən törədilən bu çevriliş cəhdinin məqsədi Türkiyəni uzun illər davam edəcək bir xaosa sürükləyərək xalqımızın gələcəyini nəzarət altına almaq idi. İstiqlalına və gələcəyinə sahib çıxaraq qiyamçılara cavab verən əziz xalqımız qəhrəmancasına bir dirəniş nümayiş etdirdi və bu torpaqlarda milli iradənin əsir alına bilməyəcəyini bütün dünyaya bəyan etdi. Türk xalqının 15 iyul gecəsi meydana qoyduğu uzaqgörənlik, cəsarət və fərasətin şübhəsiz ki, dünya demokratiya tarixində bənzəri yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul hadisələri ilə bağlı məqaləsində yer alıb.
“Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən törədilən bu xain çevriliş cəhdi adi bir hərbi çevriliş təşəbbüsündən də o yana keçərək ölkəmizin müstəqilliyini təhdid edən bir işğal cəhdi idi. Ölkəsinin müstəqilliyi, demokratik nailiyyətləri və azad iradəsini qorumaq məqsədilə canı bahasına dirəniş göstərən xalqımız qiyamçıları yerinə oturdu və nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı”, - deyə məqalədə qeyd olunub.


Digər xəbərlər
Hərbi sualtı gəmilərə tələbat rekord həddə çatıb
ÜST xəbərdarlıq edir: 2050-ci ilədək onkoloji xəstəliklər ikiqat arta bilər
Körfəzdə sabitliyin yenidən pozulması neft və qazın qiymətlərinə təsirsiz ötüşmür
İran Səhiyyə Nazirliyi: ABŞ-nin hücumları nəticəsində 14 nəfər ölüb
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Xəbər lenti
Ən çox oxunan
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR