Tədqiqat: Yenidoğulmuşlar arasında qəfil çökmə hallarının əksəriyyətinin qarşısı alına bilər
İsveçdə hər il yenidoğulmuşlarda qəfil çökmə nəticəsində iki-dörd sağlam körpə ölür.
AZƏRTAC xəbər verir ki, aparılan ən böyük milli tədqiqatın nəticələrini elmi jurnal olan “Acta Paediatrica”da dərc edən isveçli alimlər belə qənaətə gəliblər. Müəlliflər hesab edirlər ki, bu cür faciələrin əksəriyyətinin qarşısı alına bilər.
Alimlər Stokholmdakı yeddi doğum evində baş verən təxminən 500 min doğuşu təhlil ediblər. Belə ki, 149 hadisədən onu ölümcül olub və təxminən hər üç körpədən biri ya ölüb, ya da sağalmaz beyin zədələnməsi alıb.
Tədqiqatçılar ölkədə hər il təxminən 30 belə halın baş verdiyini təxmin edirlər. Onların 80 faizindən çoxu doğuşdan sonrakı ilk 24 saatda - körpənin xüsusilə həssas olduğu dövrdə baş verir. Tədqiqat ən çox yayılmış səbəblərin ana südü ilə qidalanma zamanı təsadüfən hava yollarının tıxanması və ya valideynlərdən biri ilə birlikdə yatması olduğunu müəyyən edib. Müəlliflər vurğulayırlar ki, məhz həyatın ilk saatlarında tibb personalı tərəfindən diqqətli monitorinqin aparılması xüsusilə zəruridir.
Karolin İnstitutunun professoru Erik Herlenius qeyd edir ki, Böyük Britaniya, İtaliya və ABŞ-də yeni doğulmuş körpələrin nəfəs alma və ümumi rifahının müntəzəm monitorinqini tələb edən xüsusi protokollar artıq mövcuddur. O, hesab edir ki, İsveçdə oxşar aydın qaydaların tətbiqi hər il bir neçə uşağın həyatını xilas edəcək.
Mütəxəssislər, həmçinin valideynlərə təhlükəsiz yuxu təcrübələrini xatırladırlar: üç aydan kiçik körpələr öz beşiklərində yatmalıdırlar. “Dərinin dəriyə” təması yeni doğulmuş körpələr üçün vacib olaraq qalır, lakin bu, yalnız valideynlər oyaq olduqda və uşağı hər zaman izləyə bildikdə baş verməlidir.


Digər xəbərlər
Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə