Türkiyədə FETÖ ilə əlaqədə olan şəxslərin saxlanılması əməliyyatı keçirilir
 

12:01 / 13.07.2026 Oxunub: 718

 

Türkiyənin Ədliyyə və Daxili İşlər nazirlikləri “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqəsi olan 968 şübhəlinin saxlanılması üçün birgə əməliyyata başlayıb.

AZƏRTAC xəbər verir ki, əməliyyat Türkiyənin 81 vilayətini əhatə edir.

Ankara, İstanbul və İzmirdə daha çox şəxsin saxlanılacağı gözlənilir.

Türkiyənin ədliyyə naziri Akın Gürlek 2016-cı il iyulun 15-də ölkədə hakimiyyəti zorakılıqla devirməyə cəhd edən cinayətkar təşkilatın tərəfdarlarına qarşı mübarizə aparmaq əzmini vurğulayıb.

“On il sonra da terrorçulara qarşı mübarizə eyni qətiyyətlə davam edir”, - deyə nazir əmin edib.



Digər xəbərlər

Xəbər lenti

08 Avqust 2026
06 Avqust 2026
03 Avqust 2026
01 Avqust 2026
29 Iyul 2026
28 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ