Hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılacağı GÖZLƏNİLİR

17:30 / 03.05.2025
Oxunub: 77
Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilib.
Oxu.Az "Joğovurd" nəşrinə istinadən xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsü ilə hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.
Hərbi xidmət üçün yaş həddinin artırılması ilə yanaşı, vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir. Hesab olunur ki, bu məbləğ hərbi xidmətdən yayınmaq istəyən şəxslərə maneə yaradacaq.
Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.



Digər xəbərlər

Pakistan Hindistanın su sazişini pozması fonunda yeni ballistik raketi sınaqdan keçirib

Donald Tramp may ayında Vladimir Putinlə görüşəcəyini istisna etməyib

Türkiyədə CHP sədri hücuma məruz qalıb
jpeg-1746351046.jpeg)
Təcili: Aeroportun fəaliyyəti dayandırıldı, uçuşlar TƏXİRƏ SALINDI
jpeg-1746083003.jpeg)
Rusiyada erməniəsilli deputata qarşı cinayət işi qaldırıldı

Erməni deputatdan HİDDƏTLİ ÇIXIŞ
Xəbər lenti
04 May 2025