İran-ABŞ danışıqları təxirə salındı

18:00 / 01.05.2025
Oxunub: 69
"İran və ABŞ arasında dolayı danışıqların davam etdirilməsi nümayəndə heyətlərinin planlarının uyğunsuzluğu səbəbindən təxirə salınıb".
Bu sözləri Omanın xarici işlər naziri Bədr Əl-Busaidi sosial şəbəkə hesabında yazıb.
Məlumatda deyilir: "Logistikanı götür-qoy edərək, ABŞ və İran arasında əvvəlcə mayın 3-nə planlaşdırılan görüşün vaxtını yenidən nəzərdən keçirdik".
XİN rəhbərinin sözlərinə görə, yeni tarix hər iki tərəf onu razılaşdırdıqdan sonra açıqlanacaq.
Xatırladaq ki, İran və ABŞ arasında dolayı danışıqlar aprelin ortalarında başlayıb. Oman danışıqlarda vasitəçi kimi çıxış edir.



Digər xəbərlər

Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır

Almaniyanın “Qarabağ Azərbaycandır” deyən yeni xarici işlər naziri - FOTO

Rəsmi Bakıdan Hindistan və Pakistana ÇAĞIRIŞ
jpg-1746126115.jpg)
Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb
jpg-1746126238.jpg)
Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı
jpeg-1746082658.jpeg)
ABŞ və Ukrayna SAZİŞ İMZALADILAR
Xəbər lenti
01 May 2025