Leyla və Arzu Əliyevalar Sumqayıtda

Sumqayıt şəhərində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib.
KANAL 20 TV AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada "ASAN xidmət" könüllüləri də iştirak ediblər.
Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verən bu təşəbbüs Sumqayıtda ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi və şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl işlər görülür.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi qazisi, birinci qrup əlil Əzizov Rəvan üçün inşa edilən evlə də tanış olublar. Görüş xoş təəssüratla yadda qalıb.



Digər xəbərlər

Növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Baş prokuroru vəzifəsinə KİM təyin edilib?

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - YENİLƏNİB

İlahiyyatçı gündəmi zəbt edən hadisədən DANIŞDI

Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar
