Sızanaqların qarşısını alan qidalar açıqlandı
"Şəkərli qidalar, yüksək qlisemik indeksə malik məhsullar və süd məhsulları sızanaqların yaranmasını sürətləndirə bilər".
KANAL 20 TV-nin gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı kosmetoloq və dermatoveneroloq Amina Axmatova xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, düzgün qidalanma dərinin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir.
"Bu məhsullar qanda şəkərin və insulin səviyyəsinin artmasına səbəb olur ki, bu da dəridə piyin çox ifraz olunmasına gətirib çıxarır. Həmçinin fastfud, marqarin və çipslərdə olan zərərli yağlar da iltihabı gücləndirə bilər".
Axmatova sızanaqların qarşısını almaq üçün rasiona omega-3 yağ turşuları ilə zəngin olan qidaların daxil edilməsini tövsiyə edib.
"Bunlara balıq, dəniz məhsulları, kətan toxumu yağı və qoz-fındıq daxildir. Eyni zamanda, A, D, B12 vitaminləri və xüsusilə sink kimi mikroelementlərlə zəngin qidaların qəbulu faydalıdır. Daha çox tərəvəz yemək və müntəzəm, balanslı qidalanmaq vacibdir", - deyə həkim əlavə edib.
Axmatova, həmçinin siqaret və alkoqoldan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu vərdişlər təkcə dəriyə deyil, ümumilikdə immun sisteminə mənfi təsir göstərir.
Qeyd edək ki, qara nöqtələrin yaranmasında əsas rolu genetik və hormonal amillər oynayır. Pəhriz isə müalicəyə dəstək məqsədi daşıyır və nəticələrin daha effektiv olmasına kömək edir. Dəri səpkiləri müşahidə edildikdə, mütləq dermatoloqa müraciət olunmalıdır.


Digər xəbərlər
31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir