Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır

09:00 / 02.05.2025 Oxunub: 57

Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Bu sözləri Fransanın xarici işlər naziri Jan Noel Baro "Frans Press" agentliyinə müsahibəsində deyib.

Yeni sanksiyalar Rusiyanı Ukraynada atəşi dayandırmaqdan imtinası və bu məsələdə ABŞ-dən dəstək alacağına ümid edəcəyi halda tətbiq ediləcək.

“Biz, avropalılar, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə ABŞ-nin bu təşəbbüsünü dəstəkləyəcəyik və dünən mən ABŞ senatoru Lindsi Qrem qarşısında öhdəlik götürdüm ki, sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya edək”, - Baro bildirib.

Bundan əvvəl respublikaçı senator Lindsi Qrem Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsini təklif etmişdi.



Digər xəbərlər

Xəbər lenti

01 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ