Millimiz finalda UDUZDU

21:30 / 01.05.2025 Oxunub: 75

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Millətlər Liqası turnirində final oyununa çıxıb.

Komanda həlledici görüşdə Slovakiya millisi ilə qarşılaşıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.  Penaltilər seriyasında isə meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, milli bu gün yarımfinalda Belçikaya 2:0 hesabı ilə qalib gəlib. Ötən gün isə qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2.



Digər xəbərlər

Xəbər lenti

01 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ