Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib

10:53 / 28.05.2025
Oxunub: 113
Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.



Digər xəbərlər

Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib

XİN: Ermənistanın Azərbaycana qarşı mina terroru nəticəsində 397 nəfər həlak olub və yaralanıb

Arzu Əliyeva Bakıda yerləşən "Gallery" rəsm qalereyasında olub

Türkiyə və Gürcüstan din xadimləri Ağdamda olub, azad edilmiş ərazilərə səfər başa çatıb - YENİLƏNİB

Mirşahin Ağayev və Murad Dadaşov gənc jurnalistlərlə görüş keçiriblər

FHN şəhid övladları üçün “açıq qapı" günü keçirib
Xəbər lenti
31 May 2025