Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupundan XƏBƏR VAR

19:30 / 31.05.2025 Oxunub: 136

Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.

KANAL 20 TV Report-a istinadən xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.

V.Cahangiri qeyd edib ki, iyunun 4-ə kimi müstəqil Kəbə ziyarəti olacaq.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ