FHN şəhid övladları üçün “açıq qapı" günü keçirib

15:00 / 31.05.2025 Oxunub: 105

Fövqəladə Hallar Nazirliyi (FHN) şəhid övladları üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı” günü tədbirləri keçirib.

"Report" xəbər verir ki, növbəti belə tədbir Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunub.

Tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Uşaqlar Akademiyanın Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.

“Açıq qapı" günündə uşaqlara nazirliyin xilasediciləri və yanğınsöndürənləri yanğın-xilasetmə texnikası və avadanlıqları təqdim edib, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verib, uşaqların suallarını cavablandırıblar.

Uşaqların iştirakı ilə təşkil olunan təlim onlarda böyük marağa səbəb olub.

Tədbir FHN-in İdman-sağlamlıq klubunun bazasında bədii hissə və klubun idmançılarının nümunəvi çıxışı ilə davam etdirilib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

FHN-in əməkdaşı Məhbubə Mustafayeva jurnalistlərə açıqlamasında vurğulayıb ki, şəhid övladları üçün "açıq qapı" günü bölgələrdən başlayaraq silsilə şəkildə davam etdirilib.

Onun sözlərinə görə, respublika üzrə ümumilikdə 700-ə yaxın şəhid övladı bu tədbirlərdə iştirak edib.

Qeyd edək ki, şəhid övladları üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı" günü tədbirləri Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində və FHN-in regional mərkəzlərində də keçirilib.



Digər xəbərlər

Xəbər lenti

01 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ