İsrailin müdafiə naziri HƏDƏLƏDİ - Dünya təşvişdə
jpg-1748680217.jpg)
İsrailin müdafiə naziri İsrael Katz Fələstinin radikal “HƏMAS” hərəkatı ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun irəli sürdüyü təklifdən imtina edəcəyi təqdirdə onu məhv edəcəyi ilə hədələyib.
Bu barədə İsrael Katz “X” sosial şəbəkədə yazıb.
“HƏMAS qatillərinin iki seçimi var: ya girovların azad olunması ilə bağlı Uitkoffun irəli sürdüyü təklifi qəbul etmək ya da məhv olmaq”, - İsrailin müdafiə naziri əlavə edib.
Nazir əlavə edib ki, İsrail ordusu Qəzzada bütün gücü ilə əməliyyatları davam etdirir, yerli əhalini döyüş bölgələrindən təxliyə etməklə yanaşı ərazilərə havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücum edir.
“Terrorçuları məhv etdikdən və ərazini təmizlədikdən sonra ordumuz istənilən təhlükəni aradan qaldıracaq. Bu yolla İsrail öz müharibə məqsədlərinə çatacaq, yəni bütün girovları azad etmək, eyni zamanda “HƏMAS”a təzyiq göstərərək məğlub etmək”.



Digər xəbərlər

İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib

Xankəndi, Xocalı və Ağdərədə ermənilər...
jpg-1748865926.jpg)
Müşavir: "Türkiyə və Azərbaycan bir neçə birgə komitə yaradacaq"
jpg-1748866202.jpg)
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib
