Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək
jpeg-1746126663.jpeg)
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 11 may 2025-ci il tarixində keçiriləcək.
Bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün bu linkə daxil olmalıdırlar.
Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.



Digər xəbərlər

Müəllimlərin attestasiyası ilə bağlı təlimlər başladı

Soyuducuya 1 parça qoyun: işıqpulunu yarıbayarı AZALDIR
jpeg-1746156998.jpeg)
İmtahanlarda yüksək bal toplayanlar çoxalır: Suallar asanlaşıb?

"Komedixana" ulduzlarının ailə həyatı: Kim subay, kim evli?
jpeg-1746156827.jpeg)
Sızanaqların qarşısını alan qidalar açıqlandı
