Peskov: "Rusiya İstanbulda keçiriləcək danışıqlara hazırlığını davam etdirir"

21:00 / 13.05.2025 Oxunub: 31

Rusiya tərəfi mayın 15-də İstanbulda baş tutacaq danışıqlara hazırlığını davam etdirir.

Oxu.Az-ın "İnterfaks"a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Jurnalistlərlə ünsiyyət zamanı Peskovdan 2022-ci il razılaşmalarının yeni danışıqlar üçün əsas olub-olmayacağı və Kremlin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək niyyətinə münasibəti soruşulub.

"Burada 9 May bayramının yekunlarına dair prezidentin gecə bəyanatında deyilənlərə əsaslanmaq lazımdır. Rusiya tərəfi cümə axşamı baş tutmalı olan danışıqlara hazırlaşmağa davam edir. Hələlik başqa heç bir şərh vermək niyyətində deyilik", - deyə Kremlin nümayəndəsi bildirib.

Peskovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibi prezident tərəfindən zəruri hesab edildiyi zaman açıqlanacaq.

Xatırladaq ki, mayın 11-nə keçən gecə Putin mayın 15-də Ukrayna ilə birbaşa danışıqların İstanbulda bərpası təşəbbüsü ilə çıxış edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiya və Ukrayna nümayəndə heyətlərini İstanbula qəbul etməyə hazır olduğunu bəyan edib.



Digər xəbərlər

Xəbər lenti

13 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ