İsrail XİN məlumat yayıb

20:00 / 13.05.2025 Oxunub: 37

İsrail XİN başçısı Gideon Saar iki günlük rəsmi səfərlə Tokioya gəlib.

Bu barədə "Times of Israel" bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən məlumat verib.

"Xarici işlər naziri Gideon Saar Tokioya gəlib. Bu, müharibənin başlanğıcından və son 15 il ərzində İsrail XİN rəhbərinin Yaponiyaya ilk səfəridir", - məlumatda bildirilib.

Səfər çərçivəsində o, Yaponiya xarici işlər naziri Takesi İvaya da daxil olmaqla, Yaponiya hökumətinin bir sıra yüksək vəzifəli nümayəndələri, həmçinin Yaponiya-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçirəcək.



Digər xəbərlər

Xəbər lenti

13 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ