Hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 14-də səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.



Digər xəbərlər

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Azərbaycan təmsilçiləri “Avroviziya-2025”də MƏĞLUB OLDU

17 şagird qidadan zəhərlənib

Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib

Bəzi rayonlara leysan, yüksək dağlıq ərazilərə sulu qar yağacaq
jpeg-1746957401.jpeg)