"Real Madrid"dən məğlubiyyət xəbəri

"Real Madrid" bu gün Bakı vaxtı ilə saat 23:30-da La Liqanın 36-cı turu çərçivəsində "Mayorka" ilə qarşılaşacaq.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Kral" klubu bu görüşə ciddi itkilərlə çıxacaq. Son olaraq qapıçı Andrey Lunin və Brahim sıradan çıxıb. Bununla da "Real Madrid"in cəmi 10 A komanda futbolçusu bu matçda iştirak edə biləcək. Andrey Lunin, Lukas Vaskes, Vinisius, Rodriqo, Brahim Diaz, David Alaba, Eder Militao, Ferlan Mendi, Antonio Rüdiger, Eduardo Kamavinqa, Orelyen Çuameni və Dani Karvaxal bu qarşılaşmada Madrid təmsilçisinə kömək edə bilməyəcəklər.
"Real Madrid"in "Mayorka"ya qarşı oyunda meydandakı "11-lik"də A komanda oyunçusu 7-dən az olsa, İspaniya nəhəngi texniki məğlubiyyət alacaq. Baş məşqçi Karlo Ançelotti aşağı yaş qruplarından 8 futbolçu çağırsa da, İspaniya Futbol Federasiyası meydandakı futbolçulardan ən azı 7-nin əsas heyət oyunçusu olmasını tələb edir. Qarşılaşmada A komanda üzvləri qırmızı vərəqə görsə və ya zədələnsə, əvəzlənəcək futbolçular A heyətdən olmalıdır.
Qeyd edək ki, Karlo Ançelottinin bu "11-liy"i meydana buraxması gözlənilir: Kurtua, Fede Valverde, Yakobo, Fran Qarsiya, Arda Güler Modriç, Sebalyos, Bellinqem, Endrik və Mbappe.



Digər xəbərlər
jpg-1747134429.jpg)
“Qarabağ" gəlirlərini AÇIQLADI

Premyer Liqa: Bu gün XXXIV tura yekun vurulacaq

Bu gün İspaniya La Liqasında “El-Klasiko” keçiriləcək

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulur

NBA: “Nyu-York Niks” və “Denver Naqqets” seriyada önə keçiblər
