“Qarabağ" gəlirlərini AÇIQLADI
jpg-1747134429.jpg)
09:30 / 14.05.2025
Oxunub: 34
“Qarabağ” Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri bəlli olub.
Klubun maliyyə hesabatında qeyd olunub ki, ötən il üçün Ağdam təmsilçisinin ümumi büdcəsi 34 milyon 753.8 min manat təşkil edib.
Sənəd klubun rəsmi saytında dərc olunub.
Hesabatda qeyd edilir ki, nümayiş hüququndan daxilolmalar 28 milyon 154.8 min manat, sponsor daxilolmaları - reklam gəlirləri 466.1 min manat, bilet satışından gəlirlər 1 milyon 741.9 min manat, sair gəlirlər 831 min manat, Futbol İnkişafı Fondundan daxilolmalar isə 3 milyon 560 min manat təşkil edib.
Ötən il əmək haqqı və mükafat xərcləri isə 20 milyon 648,3 min manat olub.
“Qarabağ” 2024-cü ili 876,9 min manat zərərlə başa vurduğunu da açıqlayıb.



Digər xəbərlər

Premyer Liqa: Bu gün XXXIV tura yekun vurulacaq

Bu gün İspaniya La Liqasında “El-Klasiko” keçiriləcək

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulur

NBA: “Nyu-York Niks” və “Denver Naqqets” seriyada önə keçiblər

Qubada Avropa Kuboku başa çatıb, Azərbaycan cüdoçuları 18 medal qazanıblar
jpg-1746351511.jpg)
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a, "Neftçi" "Kəpəz"ə QARŞI
Xəbər lenti
13 May 2025