Səfir: Türkiyə-Azərbaycan əlaqələri humanitar sahəni də əhatə edir - FOTO

Türkiyə Maarif Vəqfi və “T3 Vəqfi”nin ortaq əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Səfirliyin əməkdaşları və digər qonaqlar iştirak edib.
Əvvəlcə iştirakçılar məktəbin azyaşlılardan ibarət "Texnofest" komandasının hazırladığı robotexnika vasitələri ilə tanış olub. Qonaqlara nümayiş etdirilən cihazlarla bağlı ətraflı məlumat verilib, bu komandanın ölkəmizi Türkiyədə keçirilən "Texnofest" yarışmasında təmsil etdiyi diqqətə çatdırılıb.
Daha sonra qonaqlar mərkəzin azyaşlı müdavimlərinin təlim prosesinin izləyiblər.
Tədbirdə bildirib ki, Türkiyə Maarif Vəqfi 55 ölkədə fəaliyyət göstərərək, elm və təhsil prosesinə dəstək verir.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələrin olduğunu və bunun qardaşlıq münasibətləri ilə daha da möhkəmləndiyini vurğulayıb.
"Türkiyə ilə Azərbaycan arasında əlaqələr siyasi, iqtisadi və eneji sahələri ilə məhdudlaşmır, eləcə də humanitar sahəni əhatə edir. Həm Türkiyə Maarif Vəqfi, həm də "T3" Vəqfi dünyanın bir sıra ölkələrində ortaq layhələr həyata keçirir. Mən bu atelyenin açılışını yüksək qiymətləndirirəm və prosesdə əməyi keçən hər kəsə təşəkkür edirəm", - diplomat qeyd edib.
Tədbir Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin şagirdlərinin hazırladığı bədii hissə ilə davam etdirilib.//APA.tv//



Digər xəbərlər

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

Türkiyə və Yunanıstan rəsmiləri arasında növbəti siyasi dialoq keçirilib

Dövlət Duması miqrantlarla mübarizəsini davam etdirir

Azərbaycan "BMT-nin Okean Konfransı 2025"də təmsil olunub.
jpeg-1749471503.jpeg)
Ermənistanda İSTEFA GƏRGİNLİYİ

Çinin ABŞ-a ixracı may ayında 35% azalıb – son illərin ən kəskin enişi
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)