Rusiya Ukrayna arasında MÜHARİBƏ PİK HƏDDƏ
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, iyunun 9-na keçən gecə Rusiya Ukraynaya qarşı ümumilikdə 479 pilotsuz uçuş aparatı və raket buraxıb.
Bunların sırasında döyüş dronları ilə yanaşı, pilotsuz imitasiya aparatları da olub.
Rusiya bu hücum zamanı dörd “Kinjal” hipersəs raketi, 10 ədəd X-101 qanadlı raketi, üç X-22, iki X-31P və bir X-35 tipli raket də atıb.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri 277 dronu, 10 X-101 raketini, dörd “Kinjal”ı, iki X-31P-ni və bir X-35 raketini zərərsizləşdirə bilib. Eyni zamanda, daha 183 dron radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. İki X-22 raketi isə hədəfə çatmadan yerə düşüb.
Ukrayna tərəfi bu hücumun son aylardakı ən genişmiqyaslı hava hücumlarından biri olduğunu bildirib və Rusiyanın təzyiqləri artırmağa çalışdığını vurğulayıb. Hazırda hücum nəticəsində zərər çəkmiş bölgələrdə vəziyyət qiymətləndirilir. Musavat.com


Digər xəbərlər
Süni intellektli gələcəyə baxış
“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”
Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib
Əbu-Dabidə Azərbaycan və BƏƏ Prezidentlərinin görüşü ölkələr arası münasibətlərin yeni strateji mərhələyə yüksəlməsi simvoludur
Mandelson və Epstein əlaqəsi: Siyasətdə proses üstünlüyü yox, mənafe önəmli oldu
Ghislaine Maxwell: Epşteyn qalmaqalının “gizli qadını” yenidən diqqət mərkəzində
Xəbər lenti
Ən çox oxunan