Çinin ABŞ-a ixracı may ayında 35% azalıb – son illərin ən kəskin enişi
CNBC telekanalı Çinli “Wind Information” analitik şirkətinə istinadən yayımladığı məlumata görə, 2025-ci ilin may ayında Çinin ABŞ-a ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,5% azalıb.
Bu, 2020-ci ilin fevralından – COVID-19 pandemiyasının qlobal ticarəti iflic etdiyi dövrdən bəri ən böyük azalma hesab olunur. Ekspertlər bu göstəricini həm ABŞ-la ticarət gərginliyi, həm də istehlak bazarlarında tələbatın zəifləməsi ilə əlaqələndirirlər.
Qlobal miqyasda isə Çin ixracında ümumi artım 4,8% təşkil edib. Halbuki Reuters-in sorğusunda iştirak edən analitiklər 5%-lik artım proqnozlaşdırırdılar. Bu da onu göstərir ki, ABŞ bazarındakı kəskin geriləmə Çinin ümumi ixrac performansına mənfi təsir göstərib.
İqtisadçılar bu dinamikaları Çin iqtisadiyyatı üçün narahatedici siqnal kimi qiymətləndirirlər. ABŞ-a ixracdakı bu cür sürətli eniş təkcə Çin üçün deyil, həm də qlobal ticarət sistemindəki dəyişikliklər baxımından diqqətlə izlənilir. //Musavat.com//


Digər xəbərlər
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etdi
Prezident təsdiqlədi: Xüsusi xidmət sahiblərinə 46 günlük məzuniyyət
İlham Əliyev Ağdərədə danışdı, region eşitdi: Azərbaycan geri dönməyəcək
XIII Qlobal Bakı Forumuna hazırlıq başa çatmaq üzrədir
Prezident İlham Əliyev Nadejda İsmayılovanı “Şöhrət” ordeni ilə təltif edib
Dayanıqlı sülh üçün bu addımları atmalıyıq - Vüqar İskəndərov
Xəbər lenti
Ən çox oxunan