Türkiyə və Yunanıstan rəsmiləri arasında növbəti siyasi dialoq keçirilib

İyunun 12-də Ankarada Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinləri Mehmet Kemal Bozay və Alexandra Papadopoulou arasında dördüncü siyasi dialoq keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantının yekunlarına dair birgə açıqlama yayılıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, Türkiyədə keçirilməsi planlaşdırılan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlıq çərçivəsində görülən işlər dəyərləndirilib.
Nazir müavinləri, həmçinin regional və beynəlxalq məsələlərlə bağlı aktual mövzuları da nəzərdən keçiriblər.
Müsbət abı-havada keçən görüşdə tərəflər qarşılıqlı, eləcə də beynəlxalq əməkdaşlıq sahələrini daha da inkişaf etdirmək istiqamətindəki ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.



Digər xəbərlər

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

Dövlət Duması miqrantlarla mübarizəsini davam etdirir

Azərbaycan "BMT-nin Okean Konfransı 2025"də təmsil olunub.
jpeg-1749471503.jpeg)
Ermənistanda İSTEFA GƏRGİNLİYİ

Çinin ABŞ-a ixracı may ayında 35% azalıb – son illərin ən kəskin enişi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıb
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)