CNN: ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək

ABŞ Daxili Təhlükəsizlik Departamenti yüz minlərlə miqrantın ölkədə yaşamaq və işləmək icazələrinin ləğv edildiyi və ölkəni tərk etmələri barədə məlumat verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN bildirişin surətinə istinadla məlumat verib.
Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşları keçmiş prezident Co Bayden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-a daxil olublar. Ümumilikdə, CHNV kimi tanınan proqram çərçivəsində 530 mindən çox insan humanitar yardım alıb.
Proqram iştirakçılarının elektron poçt ünvanlarına göndərilən sənəddə deyilir: "Biz bununla sizə humanitar giriş icazənizin ləğv edildiyi barədə məlumat veririk. Əgər ölkəni tərk etməsəniz, şəxsi işlərinizi həll etmək imkanı olmadan həbs və deportasiya da daxil olmaqla, məcburi tədbirlərə məruz qala bilərsiniz".
CNN-in qeyd etdiyi kimi, qərar Donald Tramp administrasiyasının həm ölkədəki, həm də qanuni yolla gələn milyonlarla miqrantı zorla deportasiya etmək məqsədi daşıyan daha geniş immiqrasiya siyasətinin bir hissəsi idi.



Digər xəbərlər

G7 ölkələrinin sammiti iyunun 16-da başlayacaq

Qazaxıstanda uzun müddət axtarılan orta əsr şəhəri tapılıb

İtaliya sahillərində qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrant xilas olunub

Tramp administrasiyası Harvardla 100 milyonluq müqavilələrin ləğvini tələb edir

Kral Çarlz Kanadada parlamentin açılışında çıxış edib

PULSUZ DOĞUŞ ləğv oluna bilər
Xəbər lenti
Ən çox oxunan
jpeg-1747389802.jpeg)