Sərnişinləri ölümdən xilas edən 92 nömrəli avtobusun sürücüsü hadisə anını DANIŞDI

18:30 / 07.09.2025 Oxunub: 59

Ötən gün Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən qoruyub.

Sürücü İTV-yə açıqlamasında bildirib ki, qırmızı işıqda dayanıb. Lakin birdən yuxarıdan yük avtomobilinin gəldiyini görüb və dərhal arxa istiqamətə hərəkət etməyə məcbur olub:

"Arxaya verməsəydim, sərnişinlər xəsarət alacaqdılar. Saniyələr önəmli idi. Qabağa gedə bilməzdim, yol dolu idi. Məcburiyyət qarşısında qaldım və arxaya verərək sərnişinləri xilas etdim. Heç bir şey ağımdan keçmirdi, əsas məqsəd sərnişinləri təhlükəsiz şəkildə qorumaq idi".

Sürücünün düzgün və vaxtında reaksiyası sayəsində hadisə daha ciddi fəsadlarla nəticələnməyib.



Digər xəbərlər

Xəbər lenti

07 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ