Sürətli arıqlamaq üçün 8 ADDIM

01:13 / 04.04.2024 Oxunub: 2444

Hər Kəsin Edə Biləcəyi Asan Məşqlər

Arıqlamaq üçün bəlkədə hər bir məlumatı hər şey axtardıq, baxdıq öyrəndik ancaq yenədə alınmayan bir şeylər var. Bizim belə cavab verə bilmədiyimiz bir sual. Az kalori belə alıram yenədə niyə alınmır?  Niyə hər şeyi bildiyim halda alınmır? Niyə sürətli arıqlaya bilmirəm? 

Ancaq, narhat olmayın sizi stresə salan bu sualların cavabını bu yazıda əminik ki, tapacaqsınız. Sözü çox uzatmadan.

 1. Çox Az Kalori Ilə Qidalanmayın

Arıqlamaqın ən sadə açıqlaması riyaziyyatdan keçər. Yandırdıqınız kaloridən daha az kalori alaraq arıqlayarıq. Buna kalori əskikliyi yaratmaq deyirik. Əslində bu qədər sadədir.

Onda aldıqımız kaloridən çox daha aşaqısını alıb daha çox kilo verə bilmərikmi? Bu yol heç məsləhətli deyildir. Əgər çox asaqi kalori ilə qidalansaq, bədən müqavimətində zəifləmə sonrasında, xəstəlik, halsızlıq, əzələ itkisi kimi vəziyyətlərlə qarşılaşa bilərik. Buda uzun müddətdə metabolizmin yavaşlamasına və arıqlamanın daha da çətinləşməsinə və dayanmasına yol açacaqdır.

Həll olaraq özümüzü ac buraxmaq yerinə, düzgün və davamlı qidalanaraq kilomuzun izləyə bilərik. Arıqlamaq üçün səbirli olub fiziki aktivasiyaları artırmaq ən sağlam və məhsuldar yol olacaqdır. Bunun vasitəsilə arıqlama vəziyyətimizi izləyərək, kilo vermədikdə aktivasiyaları artıraraq kalori yandıra bilər və daha çox kalori əskikliyi yarada bilərik.

| 2. Yağ Almaqı Çox Aşağı Tutmayın

Hamımız yağsız yeməyin diet yeməyi olduğunu, yağın dietaya, sağlam qidalanmaqa və kilo verməyə qarşı olduğunu eşitmişdir. Bu inanış artıq yavaş yavaş yıxılır. Əslində bədənimizdə arıqlamaq üçün saglam yağlara ehtiyac var. Dolayı yolla dietdən tamamilə çıxartmaq vəya çox asağı miqdarda azaltmaq arıqlamaq və yağ yandırmaq üçün bir yol olmayacaqdır.

Arıqlamaq istəyiriksə, sağlamlığımıza diqqət etməliyik. Bunun vasitəsilə uzun müddətdə daha qalıcı arıqlaya bilərik. Bədənimizin sağlamlığı pozulduğu üçündə, özümüzü pis hiss etmək yerinə enerjik və gümrah hiss edə bilərik. Buda bizi arıqlamaq və sağlam qidalanmaq üçün motivasiya edər.

| 3. Gec Saatlarda Yemək Yeməyin

Normalda arıqlamaq üçün yandırdıqınızdan daha az kalori almaq kifayətdir. Bu kalorini nə vaxt alırsızsa alın günlük xərclədiyiniz kaloridən az kalori qəbul edirsinizsə arıqlayacaqsınız. Ancaq gecə gec saatlarda qidalanmaq, əsasda qısa müddət sonra yatacaqsınızsa sağlamlıq problemi yaşama (mədə problemləri və.s) ehtimalınız var.

Gecə yatmazdan 2-3 saat əvvəl böyük qidanızı almağa çalışın. Bu müddətli kilo verə bilərsiniz.

| 4. Daha Çox Idman Edin Daha Çox K

metabolizminiz və bədəniniz fəaliyyəti üçün daha sağlam olacaqdır. Bədəninizi və həzm sisteminizi sağlam tutaraq, əzələ itkisini azaldıb daha uzun müalori Yandırın

Arıqlamaq üçün aldıqınız kaloridən daha çox kalori yandırmalı olduqunuzu demişdik. Ağırlıq məşqlərinin yanında kardio seanslarını artıra bilərsiniz. Kardio seanslarının müddətini vəya çətinliyini vaxt keçdikcə artıraraq daha çox kilo verə bilərsiniz. Sadəcə müntəzəm şəkildə kilonuzu izləmək kifayətdir.

 

| 5. Dietanızda Yaşıl Tərəvəzlərə Yer Verin

Yaşil tərəvəzləri həzm edib enerji kimi istifadə edə bilmərik. Yaşıl tərəvəzlər sellozadan ibarətdir ona görə enerji kimi istifadə oluna bilmirlər. Ancaq yaşıllîqlarda yüksək lif və vitamin mövcuddur və bunlar mineral mənbəyidir. Lif vasitəsilə özümüzü daha tox hiss edərik, gün içində daha az yemək yemə ehtiyacı duymağımız arıqlamaqımıza çox yarari toxunacaqdir.

 

| 6. Daha Çox Su İçin

Suyun həyatda qalmaq üçün nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Eyni vaxtda su arıqlamaq üçündə böyük əhəmiyyətə malikdir. Böyrəklərin bədəndən zərərli maddələri uzaqlaşdırması üçün suya ehtiyacı vardır. Əgər kifayət qədər su olmazsa böyrəklər bu vəzifəni yerinə yetirə bilməz və qaraciyər araya girər. Qaraciyərimiz bədəndə toplanmış yağı bədənimiz üçün istifadə oluna bilən enerjiyə çevirir.

Ancaq böyrəklərə kömək etdiyində bu vəzifəsini yerinə yetirə bilməz. Beləliklə arıqlamaq istəyiriksə gündəlik kifayət qədər suyu içməliyik. Gündə 1 litr su içirsinizsə bu miqdarı 2-3 litrə çıxarmaqa çalışın.

| 7. Daha Tez Yatın

Ariqlamaq istəyirsinizsə, yuxunuza diqqət etməyə dieta qədər əhəmiyyət verməlisiniz. Kifayət qədər yatmadıqınızda, yorğun hiss etdiyiniz üçün məşq edəməyə bilər, kənarda yemək yeyə bilər və arıqlama vərdişinizi poza bilərsiniz.

Çox yorğun və yuxulu olduqunuzda beyniniz mükafat istəyər və yaxşı hiss etdirən bir şeylər axtararsınız. Yəni yaxşı istirahət etməmisinizsə soyuducuda olan torta vəya şokolada yox deməyiniz çox çətin ola bilər.

Az yuxu həmçinin stres hormonunu hərəkətə keçirir və beyinə enerjini qoruması üçün siqnal göndərir. Bu səbəbdən yağ yandırmaq və arıqlamaq çətinləşir.

Edilən bir araşdırmada qısa yuxu alan uşaqlarda və yetkinlərdə obez olma ehtimalinin yüksək olduqu ortaya çıxmışdır.

Bir digər araşdırmada 16 yetkinin 5 gecə 5 saat yuxu yatmasına icazə verilmiş. Araşdırma sonunda bu qısa vaxtda hər birinin orta hesabla 0.8 kq kökəldikləri ortaya çıxmışdır.

Tez bir vaxtda yatmırsınızsa vəya kifayət qədər yuxu almırsınızsa çalışın düzgün formada yuxunuzu alın 1 saat belə böyük fərq edəcəkdir.

| 8. Arıqlamaq Üçün Güclənin

Güclənmək əzələ kütlənizi artırmanın ən yaxşı yoludur. Müqavimət məşqləri ilə güclənərsinizsə, əzələ kütləniz artar və əzələləriniz, daha çox qidaya ehtiyacı olar. Bu səbəblə metabolizminiz sürətli işləməyə başlayar. Gün içində daha çox kalori yandırarsınız. Dolayısıyla arıqlamaq üçündə müqavimət məşqləri olduqca işə yarayacaqdır. Davamlı məşqləri həyata keçirmək fitness hədəflərinizin ən əsasıdır deyə bilərik.

 

Əzələ kütləniz çox olduqu vaxt daha tez arıqlayarsınız. Bədəniniz yağı daha rahat enerji olaraq istifadə edər və əzələ itkisinin qarşını alar.



Digər xəbərlər

Xəbər lenti

02 May 2025
01 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ