Tramp: Avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, - deyə Tramp qeyd edib.
O, sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - deyə o vurğulayıb.



Digər xəbərlər

Son dəqiqə: 261 nəfər casus TUTULUB

Ermənistan–ABŞ hərbi təlimləri BAŞLADI - FOTOLAR

BMT TŞ: Təhlükəsiz gəmiçilik qlobal rifahın mühüm amilidir

Çin Tibetdə sürüləri izləmək üçün robot-antilopdan istifadə edir

İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb

Nəhəng yapon istiridyəsi İsveç sahillərini zəbt edir
Xəbər lenti
Ən çox oxunan
