SENSASİON AÇIQLAMA: Putin Zelenski ilə təkcə Moskvada yox, istənilən yerdə...

Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin sona çatması üçün dialoqa açıq olduğunu deyib. Onun sözlərinə görə, Kreml rəhbəri Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə maraq göstərdiyini və bu görüşün yalnız Moskvada deyil, istənilən neytral məkanda baş tuta biləcəyini vurğulayıb.
Fitso bu açıqlamanı Rusiya lideri ilə keçirdiyi görüşdən sonra edib. O qeyd edib ki, Putin danışıqların başlanmasını zəruri hesab etdiyini və bunun üçün müxtəlif platformaların nəzərdən keçirilə biləcəyini söyləyib.
Slovakiyanın baş naziri əlavə edib ki, müharibə hər iki tərəf üçün dağıdıcı nəticələr doğurur və Avropanın təhlükəsizliyi baxımından da ciddi risklər yaradır. Onun fikrincə, Rusiya və Ukrayna arasında birbaşa dialoq münaqişənin gedişatında dönüş yarada bilər.
Qeyd edək ki, Ukrayna rəhbərliyi hələlik Putinlə şəxsi görüşə razılıq verməyib və rəsmi Kiyev dəfələrlə bəyan edib ki, danışıqlar yalnız Rusiyanın işğal etdiyi ərazilərdən geri çəkilməsi şərti ilə mümkündür.Musavat.com



Digər xəbərlər

Bu dəfə Ermənistanda görüşəcəklər

Azərbaycan müdafiə naziri Türkiyənin yeni hərbi attaşesini qəbul edib

Azərbaycan və Vyetnam arasında turizm əməkdaşlığı müzakirə olunub

Bakı ilə İrəvan arasında sülh sazişi yenidən müzakirə edilib

Pekin və Bakı ikitərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir

Prezidentdən yeni SƏRƏNCAM
Xəbər lenti
Ən çox oxunan
