Türkiyə şirkəti Qazaxıstanın Aktau limanında multimodal hab tikmək istəyir

Ankarada rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyənin “YDA Holding” şirkətinin rəhbəri Hüseyn Arslanı qəbul edib.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Kasım-Jomart Tokayevə “YDA Holding”in Qazaxıstandakı investisiya fəaliyyəti barədə məlumat verilib. Xüsusilə, çoxşaxəli fəaliyyəti olan bu qrup Türküstan, Astana və Petropavlovskda xəstəxanaların tikintisi və istismarı üçün üç layihə üzərində işləyir.
Şirkət tezliklə “YDA Sənaye Parkı”nda istehsalın genişləndirilməsinə başlamağı, həmçinin Astanada sendviç panellər zavodunun tikintisini planlaşdırır.
Qazaxıstan Prezidentinə şirkətin Aktauda multimodal tranzit qovşağı yaratmaq planlarından da danışılıb.
Dövlət başçısı holdinqin Qazaxıstana olan strateji marağını və həyata keçirdiyi investisiya təşəbbüslərini yüksək qiymətləndirib.



Digər xəbərlər

Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Antonio Quterreş insan alveri ilə məşğul olan cinayətkar şəbəkələri dağıtmağa çağırıb

Tramp Alyaska, Havay adaları və ABŞ-ın Sakit okean sahillərində sunami təhlükəsi olduğunu bildirib

Almaniyanın ümumi daxili məhsulu ilin ikinci rübündə azalıb

Türkiyə Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək məsələlər məlum olub

Stokholmda ABŞ ilə Çin arasında ticarət danışıqlarının ikinci raundu başlayıb
Xəbər lenti
Ən çox oxunan
