Xocalı və Şuşada NƏ BAŞ VERİR?

Xocalı və Şuşada kütləvi məzarlıqlar aşkarlanıb.
Oxu.Az-ın Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb:
"Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa -Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan digər məzarlıqda isə ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".


