6 ildir Litvada yaşayan azərbaycanlı İT meneceri Nicat Ağayev: Həm qlobal şirkətdə çalışır, həm də gənclərə dəstək olur
Xaricdə yaşayan və vətəni ilə bağlarını qoparmayan gənclərimiz hər zaman diqqət mərkəzindədir. Onlardan biri də 6 ildir ki Litvada yaşayan, hazırda "Cencora" qlobal şirkətində İT Service Management sahəsində İT Change Manager vəzifəsini icra edən Nicat Ağayevdir.
Nicat Ağayevi fərqli edən cəhət onun həm korporativ dünyada uğur qazanması, həm də əldə etdiyi təcrübələri sosial media üzərindən Azərbaycan gəncliyi ilə bölüşməsidir. Nicat Media (istifadəçi adı: @aganicat) adı altında videolar hazırlayan həmyerlimiz, Avropada Erasmus proqramları, ödənişsiz təhsil və karyera imkanları barədə silsilə məlumatlar paylaşır.
O, 4 fərqli universitetin (Azərbaycan, Litva, Belçika və Polşa) təhsil mühitini görmüş biri olaraq gənclərin ehtiyaclarını çox yaxşı anlayır. Son dövrlərdə onun LinkedIn tüoları ilə bağlı hazırladığı videoları minlərlə azərbaycanlı gəncin özünə peşəkar iş tapmasına və rəqəmsal imicini formalaşdırmasına böyük köməklik göstərib.



Digər xəbərlər
Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi
ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB
Sabah 1516 nəfər taksi sürücüsü imtahan verəcək