Astanada Regional Ekoloji Sammit öz işinə başlayır
Qazaxıstanın paytaxtı Astana şəhərində “Ortaq dayanıqlı gələcək baxışı” mövzusunda Regional Ekoloji Sammit - 2026 öz işinə başlayır.
AZƏRTAC xəbər verir ki, aprelin 22-dən 24-dək davam edəcək tədbir Mərkəzi Asiya ölkələrində ekosistemlərin, su və torpaq ehtiyatlarının qorunması, bərpası və birgə istifadəsi, həmçinin biomüxtəlifliyin mühafizəsi üzrə kompleks siyasətin və praktiki mexanizmlərin formalaşdırılmasına yönəlib.
Bu, ekoloji çağırışların aradan qaldırılmasına regional yanaşmanı əks etdirən birgə həllərin hazırlanması məqsədilə keçirilən ilk genişmiqyaslı tədbirdir.
Tədbir Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarla birgə təşkil olunur.
Forumda 15 ölkədən rəsmi nümayəndə heyətlərinin iştirakı gözlənilir. Azərbaycan sammitdə Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sammitin proqramına ümumilikdə 58 tədbir daxildir. Onlardan 17-si yüksək səviyyəli görüşlər, 4-ü Mərkəzi Asiya ölkələri üzrə sessiyalar, 37-si isə dəyirmi masalar, konfranslar və seminarlar formatında tematik müzakirələrdir.
Regional Ekoloji Sammit çərçivəsində ümumilikdə 51 sənədin imzalanması planlaşdırılır.
Sammitin mühüm praktiki tərkib hissəsi olan "RES 2026 EXPO" beynəlxalq "yaşıl" texnologiyalar sərgisində Mərkəzi Asiya ölkələrinin və müşahidəçi statusunda Azərbaycanın milli pavilyonları nümayiş etdirilir.


Digər xəbərlər
Fransa xarici tələbələr üçün təhsil haqqını artırır
Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
Əqli mülkiyyətə və müəlliflik hüququna diqqəti cəlb etmək prioritet məsələlərdir
Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
Əhməd Cavad İnstitutunun rəhbəri: Ankarada repressiya qurbanlarının xatirəsinə sərgi açılacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Xəbər lenti
Ən çox oxunan
“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib