Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsinə İtaliya və Sloveniyanın qoşulacağına ümid edir

22:23 / 16.02.2026 Oxunub: 1476

Kanal 20 TV xəbər verir ki, Azərbaycan İtaliya və Sloveniyanın “Yaşıl Enerji Dəhlizi” (“Black Sea Energy”) layihəsinə qoşulmasını gözləyir.

Bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfransda çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Avropa ilə Asiya arasında mühüm enerji və nəqliyyat bağlantısı rolunu gücləndirir:

“Bu layihə gələcəkdə Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən Rumıniya və Macarıstana, daha sonra isə Sloveniya və İtaliyaya birləşdirəcək elektrik kabelini nəzərdə tutur.”

Onun sözlərinə görə, layihənin qiymətləndirilməsində İtaliyanın CESI şirkəti də iştirak edir.

Xatırladaq ki, Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi üzrə birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu 25 iyul 2023-cü ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanıb.

Layihə çərçivəsində Qara dənizdən keçəcək sualtı elektrik kabeli Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək. Kabelin uzunluğu 1 155 km, gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq.

Sualtı kabelin tikintisinin 2032-ci ildə tamamlanması planlaşdırılır.



Digər xəbərlər

Xəbər lenti

15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə