Azərbaycanda AQEM-in zirvə toplantısı nə zaman keçiriləcək?

"2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə toplantısının da keçirilməsi planlaşdırılır".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciətində deyilir.
Müraciətdə bildirilib ki, Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır:
"Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur".



Digər xəbərlər

Ermənistan, İran və Hindistan XİN rəsmiləri görüşdü

Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR
jpeg-1757406957.jpeg)
Mikayıl Cabbarov amerikalı nümayəndələrlə Orta Dəhlizi müzakirə etdi

Sahibə Qafarova : "ATƏT-in Minsk qrupunun ləğvi sülh prosesinə töhfə verəcək"

Rusiyaya nota verildi

Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sistemində hansı rolu oynayacaq?
Xəbər lenti
Ən çox oxunan
