Mikayıl Cabbarov amerikalı nümayəndələrlə Orta Dəhlizi müzakirə etdi

16:15 / 09.09.2025 Oxunub: 38

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.

"Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq. Azərbaycanın mühüm nəqliyyat -tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq. ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət etdik", - deyə nazir bildirib.

 

 

 

 



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ