Norveçdəki seçkilərdə yeni mühafizəkarlar gözlənilməz uğur qazanıblar

Norveçdə keçirilən seçkilərdən sonra Sosial Demokrat İşçi Partiyası (“Arbeiderpartiet”) hakimiyyətdə qalmaq üçün kifayət qədər dəstək qazana bilib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, sol-mərkəzçi blokdan olan tərəfdaşlarla birlikdə onlar parlamentdə 169 yerdən 87-89-na sahib olacaqlar. Mühafizəkar “proqressiv” partiyanın 23,9 faiz səs toplaması sürpriz olub.
Stortinqdə çoxluğa sahib olmaq üçün gələcək yeni koalisiyanın partiyalarına azı 85 yer lazımdır. Baş nazir Yonas Qaru Styore indi ətraf mühit, vergilər və Norveçin dünya siyasətindəki yeri ilə bağlı daha mütərəqqi fikirləri bölüşən dörd kiçik partiya ilə əməkdaşlıq barədə danışıqlar aparmalıdır. “Dagbladet” nəşri yazır ki, seçkinin nəticələrinin elan olunmasından sonra çıxış edən siyasətçi bunu “çox yaxın gələcəkdə” edəcəyinə söz verib.
Bu il İşçi Partiyası 2021-ci ildən 1,9% çox olmaqla səslərin 28,2%-ni qazanıb, lakin bu, indiyə qədər olan ən pis nəticələrindən biridir. Bununla belə, keçən il Miladdan əvvəl “Dagbladet”in sorğusunda bu rəqəm təxminən iki dəfə artıqdır. Qəzet qeyd edir ki, qazanılan nailiyyətlər təsiredicidir. NATO-nun sabiq Baş katibi və keçmiş Baş nazir Yens Stoltenberqin maliyyə naziri kimi siyasətə qayıdışı sol mərkəzçi elektoratın canlanmasında mühüm amil olub.



Digər xəbərlər

ATƏT-in Daimi Şurası Ukraynaya dair növbədənkənar iclasını çağırıb

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə zərbələr endirir

BMT Baş katibi Yerusəlimdə baş vermiş terror aktını qətiyyətlə pisləyib

Rusiyada baş vermiş təyyarə qəzasında pilot həlak olub

Aİ-nin xarici ticarətində avadanlıq və nəqliyyat vasitələrinin ixracı bir trilyon avronu ötüb

İsrail bu dəfə hansı ölkə ilə müharibə edəcək? - Rəsmi
Xəbər lenti
Ən çox oxunan
