Bakıda "TikTok"da söyüş söyən molla həbs edildi

Bakıda "TikTok"da söyüş söyən 62 yaşlı molla həbs edilib.
Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Bakıda dini mərasimləri idarə edən 1963-cü il təvəllüdlü Tahir Məmmədov (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində insanları nalayiq ifadələrlə təhqir edib.
O, həmin məsələ ilə bağlı polis bölməsinə dəvət edilib. Bu vaxt o, polis bölməsinin yaxınlığında da telefonla yüksək səslə danışıb və təhqiramiz ifadələr işlədib. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, T.Məmmədov bu xəbərdarlıqlara məhəl qoymayaraq, əməllərini davam etdirib.
Polis əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə T.Məmmədov 10 sutka inzibati qaydada həbs edilib.



Digər xəbərlər

Xaçmazda ağır qəza: Ölən var

Bakıda mikravtobus qəzaya düşüb, 10-dan çox yaralı var - YENİLƏNİB

Şəmkirdə təcili yardım körpüdən aşdı - YARALILAR VAR

AZAL təyyarəsinin vurulması əmri ilə bağlı yeni araşdırma - vuran general məlum oldu

Beyləqanda 2 nəfər GÜLLƏLƏNİB - Rəsmi

Azərbaycanda dəhşətli hadisə: 57 yaşlı kişi 13 yaşlı qıza təcavüz edib
Xəbər lenti
Ən çox oxunan
