Azərbaycanda dərs rejimi dəyişir? - "Dərslər 40, tənəffüslər 10 dəqiqə"

19:30 / 27.09.2025 Oxunub: 2099

"Məktəblərdə dərs və fasilə müddətinin optimallaşdırılması şagirdlərin diqqətini, öyrənmə keyfiyyətini və ümumi nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Tədqiqatlar göstərir ki, şagirdin diqqəti 45 dəqiqəlik dərs müddətində tədricən azalır və fasilələrlə bərpa olunur".

Bunu təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, ABŞ-də aparılan araşdırmalara görə (Bunce, 2010), dərs zamanı şagirdlərin diqqəti dalğavari şəkildə enib-qalxır. Eyni zamanda, psixologiya üzrə genişmiqyaslı meta-təhlillər (Cepeda, 2006) "spaced practice" - yəni öyrənmənin qısa bloklara bölünməsinin daha effektiv olduğunu sübut edir:

"Başqa bir araşdırmada isə Pellegrini (2008) qeyd edir ki, fasilələr öyrənməni paylayır və idrakı gücləndirir. Fiziki aktivlik də önəm daşıyır: Mahar (2006) və digər tədqiqatçılar göstərir ki, qısa hərəkət fasilələri şagirdlərin dərsə fokuslanmasını və intizamını artırır.

Bu model artıq dünyanın bir çox inkişaf etmiş təhsil sistemlərində tətbiq olunur. Məsələn, Finlandiyada dərslər 45 dəqiqə, fasilələr isə 15 dəqiqə davam edir. Mütəxəssislər bu yanaşmanın öyrənmə keyfiyyətini artırdığını vurğulayırlar".

Ekspert qeyd edir ki, dərs və fasilələrin 40+10 dəqiqəlik nisbətdə təşkili daha çox fokuslanma, sağlam sinif mühiti və yüksək təhsil nəticələri deməkdir.



Digər xəbərlər

Xəbər lenti

15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə