Azərbaycanda minimum əməkhaqqına hər il baxılacaq – 700 min nəfəri əhatə edən artım mexanizmi təsdiqləndi
İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Yeni düzəlişlərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılacaq. Bununla da minimum maaşın artırılması prosesi mütəmadi xarakter alacaq və qanunvericiliklə tənzimlənəcək.
Kanal 20 TV xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, minimum əməkhaqqının müntəzəm artırılması yalnız aşağı maaş alanlara deyil, eyni zamanda vahid tarif cədvəli (VTC) üzrə bütün dərəcələrdə əməkhaqqı artımına səbəb olur. Qanunvericiliyə görə, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşları minimum əməkhaqqı artırıldıqdan sonra bir ay ərzində yeni məbləğə uyğunlaşdırılır.
Sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal təsərrüfatı, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, lakin dövlət qulluqçusu statusu olmayan işçilərin əməkhaqqıları da bu mexanizm əsasında artırılır. Həmin şəxslərin maaşları VTC üzrə dövlət büdcəsi hesabına ödənilir.
Hazırda vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Ən aşağı vəzifə maaşı 400 manat, ən yüksək maaş isə 1150 manat təşkil edir. Minimum əməkhaqqının dövri şəkildə artırılması praktiki olaraq bütün dərəcələr üzrə artımı təmin edəcək.
Qeyd olunub ki, minimum əməkhaqqının artırılması həm dövlət, həm də özəl sektorda maaş artımına təsir göstərir. Çünki qanunvericiliyə əsasən, minimum əməkhaqqından aşağı məbləğdə maaş təklif etmək qadağandır.
Ümumilikdə, gözlənilən artımların təxminən 700 min vətəndaşın əməkhaqqına müsbət təsir edəcəyi bildirilir.


Digər xəbərlər
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub
Rəqəmsal Platformalarda Vergitutma Məsələləri Müzakirə Olunub
İpoteka və Kredit Zəmanət Fondu 17,4 milyon manat kredit verib
“Azeri Light” nefti ucuzlaşıb – son qiymət açıqlandı
Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsinə İtaliya və Sloveniyanın qoşulacağına ümid edir
Dünya bazarlarında “Azeri Light” nefti ucuzlaşıb
Xəbər lenti
Ən çox oxunan
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib