Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar
 

22:47 / 13.09.2026 Oxunub: 601

 

İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.

Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.



Digər xəbərlər

Xəbər lenti

16 Oktyabr 2026
09 Oktyabr 2026
08 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ