Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb
22:55 / 13.09.2026
Oxunub: 1379
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, İrlandiyada keçirilən “Irish Open” qolf turnirini izləyən Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
“Zelenski bir iş görməlidir. O, Rusiyada dizel yanacağı istehsal edən obyektləri sıradan çıxarmağı dayandırmalıdır. Başqa hədəflərə zərbə endirə bilər, lakin dizel yanacağına toxunmamalıdır, çünki bu, yanacaq qıtlığına səbəb olur”, – deyə ABŞ Prezidenti bildirib.


Digər xəbərlər
Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb
Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər
Xəbər lenti
16 Oktyabr 2026
09 Oktyabr 2026
08 Oktyabr 2026